Zəfər muzeyinə giriş bu tarixlərdə ödənişsiz olacaq

Bakıda 8 noyabr tarixində açılışı olan Zəfər Muzeyi bu gündən ziyarətçilərin istifadəsinə verilib.
Avtosfer.az xəbər verir ki, dövlət başçısı İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq ziyarətçilər Şanlı Zəfər tarixinin əbədiləşdirildiyi muzeylə 9-11 noyabr tarixlərində ödənişsiz qaydada tanış ola bilər.
Zəfər muzeyinə olan böyük maraq və ziyarətçi axını nəzərə alınaraq hər bir kəsin rahat keçidinin təminatı üçün muzeyin girişində növbə sistemi yaradılacaq.
Noyabrın 12-dən etibarən isə muzey bilet sistemi ilə fəaliyyət göstərəcək və bazar ertəsi istisna olmaqla digər günlər saat 11:00-dan 18:00-dək açıq olacaq.
Azərbaycan vətəndaşları üçün biletlərin qiyməti: məktəb yaşlı uşaqlar - ödənişsiz, tələbələr üçün - 1 AZN, böyüklər üçün - 5 AZN;
Xarici ölkə vətəndaşları üçün: uşaqlar – 6 AZN, böyüklər – 15 AZN
Şəhid ailələri, müharibə iştirakçıları, hərbi qulluqçular və I, II qrup əlilliyi olan vətəndaşların muzeyə ziyarəti isə ödənişsiz qaydada olacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












