Zəngəzur dəhlizi Azərbaycana nə qədər gəlir gətirəcək? - AÇIQLAMA

"Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən“Açıq dəhliz siyasəti: Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrində və eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin “France 24” telekanalına müsahibəsində Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP), o cümlədən Zəngəzur dəhlizinin əhəmiyyəti xüsusi vurğulanıb".
Avtosfer.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycan Prezidenti panel müzakirələrində çıxışı zamanı dəhlizin Qərb ilə Şərq ilə yanaşı, Cənubi Qafqazda yerləşən ölkələrə də fayda verəcəyini bildirib:
"Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə region dövlətlərinin iqtisadi inkişafına dəstək olacaq. Bir tərəfdən güclənən Mərkəzi Asiya və iqtisadi artımlı Çin, digər tərəfdən isə istehlak mallarına tələbi artan Avropa dəhliz vasitəsi ilə yükdaşımaları həyata keçirə biləcəklər. İlkin qiymətləndirmələrə görə, Zəngəzur dəhlizinin istifadəsi Azərbaycanın qeyri-neft iqtisadiyyatının əlavə olaraq 2 faiz və qeyri-enerji ixracatının isə illik 700 milyon dollar artmasına səbəb ola bilər. Dünya Bankının hesablamalarına görə, orta dövrdə dəhliz 50 milyard dollarlıq ticarət dövriyyəsinə şərait yarada bilər.
“Bloomberg” agentliyi dəhlizdən istifadənin Avropa-Asiya marşurutu üzrə yüklərin daşınmasında 12-15 günə qənaət edilməsinə gətirib çıxaracağı qənaətindədir. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3.0 milyard dollar tranzit gəliri əldə edəcək.Göründüyü kimi, Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəinki regionda, bütövlükdə qitədə yükdaşımalar xəritəsinin dəyişməsinə səbəb olacaq".
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












