"Zəngəzur dəhlizi hər il 60 mindən çox yeni iş yerinin yaradılmasına töhfə verəcək" - Deputat

"Bu gün Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir. Azərbaycan Prezidenti Forumun açılışında çıxışı zamanı ölkəmizin hazırda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində çalışdığını bildirib".
Avtosfer.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycanın əldə etdiyi şanlı zəfərdən sonra bölgədə formalaşan yeni düzən regional bağlantıların daha da genişləndirilməsi üçün xüsusi zəmin yaradır:
"Bölgədəki yeni düzənin mühüm məqamlarından biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Dəhlizin bir elementi olacaq "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) inşası Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyatının bərpasına imkan verəcək. Dəhliz istifadəyə verildikdən sonra Çindən göndərilən yüklərin Londona çatdırılma müddəti 18 günə qədər azalacaq. 15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhfə verəcək. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 %-nin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı gözlənilir. 10 illik proqnozlara əsasən, Zəngəzur dəhlizi 50 milyard dollar gəlir formalaşdırmaq və hər il 60 mindən çox yeni iş yerinin yaradılmasına töhfə vermək potensialına malikdir.
Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq. Bu isə həmin dəhliz vasitəsilə daha çox yüklərin daşınması deməkdir. Nəticədə Orta Dəhlizin də genişlənməsinə imkan yaradacaq ki, bu da Azərbaycanın Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəticəsində beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsi deməkdir. Eyni zamanda, alternativ yollarla öz məhsullarını yeni bazarlara ixrac etmək imkanı qazandıracaq. Zəngəzur dəhlizi Türk dünyasını birləşdirəcək quru nəqliyyat dəhlizidir. Türk dünyasının inkişafına xüsusi töhfə verəcək. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolu ilə kommunikasiyanın bərpasına, Naxçıvanın blokadadan çıxmasına, həm də Azərbaycan daxil olmaqla bütövlükdə Türk dünyasının iqtisadi inkişafına töhfə verəcək".
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












