Zəngəzur Dəhlizi türk dünyasının iqtisadi birliyini gücləndirəcək

Azərbaycanın coğrafi və logistik üstünlükləri Türk dünyasının iqtisadi inteqrasiyasında həlledici amildir.
Avtosfer.az xəbər verir ki, bu fikri iqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, Azərbaycanın strateji coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu Türk dünyasının iqtisadi inteqrasiyasına mühüm töhfə verir.
T.Mirkişili qeyd edib ki, Azərbaycan həm Şərq–Qərb, həm də Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biridir və bu, ölkəmizin regionda logistik mərkəz kimi rolunu daha da gücləndirir:
“Orta Dəhliz vasitəsilə yükdaşımaların son iki ildə 90 faiz artması, tranzit müddətlərinin əhəmiyyətli dərəcədə azalması, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı–Tbilisi–Qars dəmir yolunun, həmçinin 9 beynəlxalq hava limanının fəaliyyəti Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzinə çevrildiyini bir daha sübut edir. Zəngəzur dəhlizinin açılması isə bu strateji əlaqələrin yeni mərhələsini formalaşdıracaq. Bu dəhliz yalnız Türk dünyası ölkələrini deyil, həm də Orta Dəhliz və Şimal–Cənub marşrutlarını birləşdirən mühüm strateji arteriya rolunu oynayacaq,”.
Deputatın sözlərinə görə, Azərbaycanın iqtisadi modelində enerji və nəqliyyat strategiyaları bir-birini tamamlayır. O xatırladıb ki, ölkəmiz uzun illərdir qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir:
“Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və bu göstərici ilə regionda lider mövqeyə sahibdir. Bununla yanaşı, ölkəmiz bərpaolunan enerji sahəsinə – günəş, külək və su enerjisinə – böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin məhz bu mənbələr hesabına təmin edilməsi planlaşdırılır”.
Deputat əlavə edib ki, Azərbaycan, Türkiyə, Orta Asiya və Avropa arasında “Yaşıl enerji dəhlizi”nin formalaşdırılması həm regionun enerji təhlükəsizliyini möhkəmləndirəcək, həm də ekoloji baxımdan davamlı inkişafı təşviq edəcək.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











