Zərurət olduqca işçi sayı optimallaşdırılır - "Aztelekom"

""Aztelekom" MMC-də işçi sayının optimallaşdırılması məqsədilə zərurət yarandıqca tədbirlər görülür". Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya cavab olaraq şirkətdən bildirilib. Qeyd olunub ki, 2025-ci ilin əvvəlində “Onlayn Azərbaycan” layihəsinin başa çatması ilə əlaqədar işlərin yekunlaşması, habelə yeni texnologiyanın tətbiqi ilə bağlı bir sıra avadanlıq və funksiyaların aktuallığını itirməsi səbəbindən təşkilati strukturun təkmilləşdirilməsi zərurəti yaranıb. “Aztelekom” MMC “Bakı Telefon Rabitəsi” MMC, “AzEvroTel” MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” MMC və Sumqayıt Telekommunikasiya Qovşağının ona qoşulması nəticəsində yenidən təşkil edilib. “Aztelekom” MMC-nin yenidən təşkili, o cümlədən “Onlayn Azərbaycan” layihəsinin uğurla başa çatması səbəbi ilə biznesin optimallaşdırılması, istehsalatın (göstərilən xidmətlərin) düzgün planlaşdırılması, xərclərin nizamlanması, o cümlədən işçi sayının optimallaşdırılması məqsədilə zərurət yarandıqca, qanunvericiliyin müvafiq tələbləri nəzərə alınmaqla tədbirlər görülməkdədir.
Qeyd edək ki, “Aztelekom”da kadr ixtisarlarının həyata keçirilməsi barədə redaksiyamıza məlumat daxil olub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












