Banner

Soyuq aylarda bu qidalardan uzaq durun! Dietoloqdan ƏHALİYƏ XƏBƏRDARLIQ

Öyrənək 7 Yanvar 2025 15:30 Oxunub 236
Soyuq aylarda bu qidalardan uzaq durun! Dietoloqdan ƏHALİYƏ XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qış fəslinin gəlməsi ilə əlaqədar qapalı yerlərdə çox vaxt keçirmək və oturaq həyat tərzi mövsümü xəstəliklərə şərait yaradır. Qışda bədən daha çox enerji itirir və qidalanma sistemi dəyişildiyi üçün çəki artır, immun sistemi zəifləyir. Bu vəziyyət isə xəstəliklərin yaranmasına səbəb olur.

Bəs qış aylarında hansı qidalardan istifadə etmək tövsiyə olunmur?

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Avtosfer.az-a açıqlamasında bildirib ki, qış mövsümündə havaların soyuq olması səbəbilə immun sisteminin aşağı düşməsi və bədən temperaturunun daim dəyişməsi virus mənşəli xəstəliklərə yoluxma riskini artırır:

“Ona görə də yaxşı olar ki, immun sistemini gücləndirən və daha çox enerji verən qidalar qəbul olunsun. Xüsusilə də, bir çox qidalar var ki, immun sistemi aşağı düşməməsi üçün onların istehlakından uzaq durmaq lazımdır. Birinci növbədə, "fast-food" qidalar və mənşəyi bəlli olmayan qidalardan uzaq durmaq lazımdır. Bunlardan başqa, şirin və qazlı içkilər də immun sisteminin aşağı düşməsi ilə yanaşı, orqanizminin ehtiyacı olan vitamin və mineral balansının pozur. Bu kimi içkilər şəkər tərkibi olduğu üçün, bədənin enerji balansında pozmaqla yanaşı, immun sistemini aşağı salır. Qızardılmış çox yağlı qidalar həzm sistemini yüklədiyinə görə gec həzm olunur və orqanizmə əlavə yük verir. Bu da qış aylarında orqanizmə daha çox mənfi təsir edir və xüsusilə də, həzm prosesi ağır və yavaş getdiyinə görə mədə bağırsaq sisteminin funksiyası pozulur.

Eyni zamanda həddindən artıq yağlı qidalar qan dövranını pisləşdirir ki, bu da sağlamlıq problemlərinə gətirib çıxara bilir. Çox duzlu qidalar da orqanizmdə sağlamlıq problemləri yarada bilər. Ürək və böyrək problemləri olan insanlar xroniki xəstəlikləri olan insanlar duzlu və acı qidalardan da uzaq durmalıdır. Çünki belə olan halda həzm çətinləşir və bu da müəyyən sağlamlıq problemlərinə gətirib çıxarda bilər”.

Mütəxəssis əlavə olaraq qeyd edib ki, qış aylarında mövsümi meyvə və tərəvəzlərdən mütləq şəkildə istifadə olunmalıdır:

“Orqanizminin günlük maye balansının təmin etmək üçün təmiz sudan istifadə etmək lazımdır. Bundan başqa çay qəbul edəcəklərsə, bu təzə dəmlənmiş çay olmalıdır. Gün ərzində 2-3 fincan çay tükətmək normal hesab olunur. Gün ərzində bir ovucu keçməyəcək şəkildə keyfiyyətli çərəzlərdən qəbul etmək immun sisteminin güclənməsinə gətirib çıxardır”.

M. Hüseynova sonda vurğulayıb ki, mənşəyi bəlli olan yağlardan gün ərzində 25 qrama yaxın qəbul etmək vətəndaşlar üçün daha tövsiyyə ediləndir:

“Paketlənmiş rəf ömrü uzun olan qidalardan uzaq durmaq lazımdır. Çünki belə qidaların tərkibinə xarab olmaması üçün, kimyəvi maddələr qatılır. Uzun müddət bu kimi qidalar qəbul edən insanların orqanizmdə vitamin çatışmazlığı ilə yanaşı bir sıra konservantlar orqanizmdəki faydalı bakteriyaların məhv olmasına gətirib çıxardır. Bu da xüsusi ilə immun sisteminin zəifləməsinə gətirib çıxarda bilir”.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh