Dəhşətli qəzalarla bağlı DYP, hüquqşünas və ekpsertdən ÇAĞIRIŞ - VİDEO

Yol-nəqliyyat hadisələri hər il dünyada minlərlə insanın həyatına son qoyur, milyonlarla insanın sağlamlığına və taleyinə təsir edir. Bu faciələrin arxasında isə təkcə statistika deyil, yarımçıq qalan arzular, övladını, valideynini və yaxınını itirən ailələrin ağrısı dayanır.
Avtosfer.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkə yollarında 1 252 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalar nəticəsində 689 nəfər həyatını itirib, 1 026 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 2026-cı ilin yanvar-sentyabr aylarında isə 838 qəza baş verib, 500 nəfər ölüb, 640 nəfər yaralanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qəzaların sayı 7,4 faiz, zərərçəkənlərin ümumi sayı isə 9,8 faiz azalıb.
Yol polisi əməkdaşlarının ölkə ərazisində apardığı nəzarət-profilaktik tədbirlərə, xəbərdarlıqlara, eyni zamanda qanunvericiliyin hər ötən il daha da sərtləşməsinə baxmayaraq, az qala hər həftə hansısa dəhşətli qəzanın şahidi oluruq. Bununla belə, doqquz ay ərzində 500 insanın yol qəzalarının qurbanına çevrilməsi problemin aktuallığını və yol hərəkəti təhlükəsizliyi ilə bağlı hərəkət iştirakçılarının daha çox maarifləndirilməsinə ehtiyacın vacibliyini ortaya qoyur.
Mövzu ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən baş verə biləcək qəzaların qarşısının alınması, eyni zamanda hadisələrin sayının minimuma endirilməsi istiqamətində nəzarət tədbirləri həyata keçirilir.

“Xüsusilə də uşaq travmatizmləri ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Elm və Təhsil Nazirliyi, 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə məktəblərdə uşaqlarla görüşlər keçirilir. Onlarla profilaktiki söhbətlər aparılır. Həmin görüşlərdə valideynlər də iştirak edir. Əsas məqsədimiz uşaq travmatizminin qarşısının alınmasıdır. Uşaqlarda yol hərəkəti ilə bağlı ilkin biliklərin formalaşmasıdır”.
Hüquqşünas Ərşad Hüseynovun fikrincə, ümumiyyətlə yol hərəkəti qaydaları ictimai təhlükəsizlik qaydalarıdır.

“Ona görə də hər kəs birinci növbədə bu qaydaları öyrənməyə çalışmalıdır və imkan daxilində digərlərinə də öyrətməlidir. Uşaqlar, təbii ki, tədris prosesində gördükləri mənzərəyə uyğun olaraq yol hərəkəti qaydalarını, yollarda təhlükəsizlik qaydalarını öyrənməlidirlər. Amma burada əsas yük böyüklərin üzərinə düşür. Birinci növbədə uşaqlara özlərini qorumağı öyrətmək lazımdır”.
Nəqliyyat eksperti Elməddin Muradlı vurğulayıb ki, yol-nəqliyyat hadisələrində bu qədər insanın həlak olması üzücü haldır.
“İllərdir biz bu istiqamətdə təbliğat işləri aparırıq. Qanunvericiliyin bu dövr ərzində nə dərəcədə sərtləşdiyinin şahidi oluruq. Amma hadisələrin sayı təəssüf ki, ciddi şəkildə azalmır. Barmaqla sayılacaq qədər rəqəmlərdə azalmalar müşahidə edilir. Kütləvi ölüm hallarıyla, yəni bir qəzada 3-5 nəfərin ölümü ilə nəticələnən qəzalara şahidlik edirik. Çox ağır mənzərədir. Hətta görürük ki, bir qəzada bir ailənin 2-3 üzvü həlak olur. Ümumdünya Yol-nəqliyyat hadisələri qurbanlarının Anım Günü cəmiyyətə bir mesajdır ki, biz insanları bu qəzalardan necə qorumalıyıq”.
Səfər
Bakıda avtobuslar üçün istifadəyə verilən işıqfor necə işləyir? – İZAH - VİDEO
Bu işıqfor adi sürücülər üçün deyil: Avtobuslar necə hərəkət edir? – İZAH - VİDEO
Almaniyanın xüsusi bordür texnologiyası Bakıda tətbiq oluna bilər? – ARAŞDIRMA
Avtobusda mübahisə zamanı sürücünün üzərinə hansı məsuliyyət düşür? – AÇIQLAMA - VİDEO
Avtobus dayanacaqdan çıxarkən kim yol verməlidir? – Cərimələnə bilərsiniz – VİDEO
Yoldakı nasazlığa görə avtomobilə dəyən zərər ödənilməlidir? – EKSPERT – VİDEO
Azərbaycanda yol tikintisinə yeni yanaşma lazımdır: Britaniya TƏCRÜBƏSİ
Avtomobili utilizasiyaya verənlərin diqqətinə - Yeni ödəniş forması belə olacaq - AÇIQLAMA
Soyuq havada sürücülər qızdırıcını hansı rejimdə işlətməlidir? – ARAŞDIRMA
Avtomobilin lyukuna yaxın məsafədən su vurularsa, nə baş verər? – XƏBƏRDARLIQ – VİDEO
Avtomobildə telefonu tutacağa yerləşdirib xəritədən istifadə etmək olarmı? – AÇIQLAMA - VİDEO












