Bakıda avtobuslar üçün istifadəyə verilən işıqfor necə işləyir? – İZAH - VİDEO

Bakıda avtobusların hərəkətinin tənzimlənməsi məqsədilə yeni işıqfor quraşdırılıb.
Avtosfer.az xəbər verir ki, paytaxtda ilk dəfə olaraq Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində avtobuslar üçün nəzərdə tutulmuş xüsusi işıqfor quraşdırılıb.
Nəqliyyat eksperti Rüfət Əmiraslanov bildirib ki, yeni işıqfor yalnız avtobusların hərəkətini tənzimləyir. Digər minik avtomobilləri isə əvvəlki qaydada mövcud işıqforların tələblərinə əməl etməlidirlər.
Ekspertin sözlərinə görə, işıqforun yuxarı hissəsində yerləşən üç işıq hərəkət istiqamətini müəyyən edir. Aşağı hissədəki işıq isə hərəkətə icazə verildiyini bildirir.
Belə ki, hazırda işıqforun yuxarı hissəsindəki göstəricilər aktiv olsa da, aşağıdakı icazə işığı yanmadığı üçün hərəkət qadağandır. Aşağıdakı işıqla yanaşı sol istiqaməti göstərən işıq yanarsa, avtobuslar sola, düz istiqaməti göstərən işıq yanarsa düzünə, sağ istiqaməti göstərən işıq yanarsa sağa hərəkət edə bilərlər.
Eltac Zülfüqaroğlu
Bu işıqfor adi sürücülər üçün deyil: Avtobuslar necə hərəkət edir? – İZAH - VİDEO
Almaniyanın xüsusi bordür texnologiyası Bakıda tətbiq oluna bilər? – ARAŞDIRMA
Avtobusda mübahisə zamanı sürücünün üzərinə hansı məsuliyyət düşür? – AÇIQLAMA - VİDEO
Avtobus dayanacaqdan çıxarkən kim yol verməlidir? – Cərimələnə bilərsiniz – VİDEO
Yoldakı nasazlığa görə avtomobilə dəyən zərər ödənilməlidir? – EKSPERT – VİDEO
Azərbaycanda yol tikintisinə yeni yanaşma lazımdır: Britaniya TƏCRÜBƏSİ
Avtomobili utilizasiyaya verənlərin diqqətinə - Yeni ödəniş forması belə olacaq - AÇIQLAMA
Soyuq havada sürücülər qızdırıcını hansı rejimdə işlətməlidir? – ARAŞDIRMA
Avtomobilin lyukuna yaxın məsafədən su vurularsa, nə baş verər? – XƏBƏRDARLIQ – VİDEO
Avtomobildə telefonu tutacağa yerləşdirib xəritədən istifadə etmək olarmı? – AÇIQLAMA - VİDEO
Bakıda piyadaların üzləşdiyi təhlükə ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO












