Sürücülərin diqqətinə: Bu avtomobilləri almaq məsləhət görülmür – SƏBƏBLƏR - FOTO

Mühəndislik texnologiyalarının ilbəil inkişaf etməsinə baxmayaraq, avtomobillərdə təhlükəsizliklə bağlı bəzi problemlər hələ də tam həll olunmayıb.
Avtosfer.az xəbər verir ki, ABŞ-da yerləşən Avtomobil Yolları Təhlükəsizliyi Sığorta İnstitutu (IIHS) bu məsələ ilə bağlı əhatəli araşdırma aparıb və nəticələr narahatedici olub.
IIHS tədqiqatçıları 1997-ci ildən 2023-cü ilə qədər istehsal olunan “Chevrolet Suburban”, “Ford F-1502”, “Honda Accord”, “Honda CR-V”, “Jeep Grand Cherokee” və “Toyota Camry” modellərinin müxtəlif versiyalarını təhlil ediblər. Araşdırmanın nəticələri göstərib ki, bir çox avtomobil modellərində illər keçdikcə görmə sahəsi daralıb, kor nöqtələr isə genişlənib.
Ən pis nəticə “Honda CR-V” modelində qeydə alınıb. Belə ki, bu avtomobil 1997-ci ildə qarşısındakı 10 metrlik ərazinin 68 faizini görmək qabiliyyətinə malik olduğu halda, 2023-cü ilin modelində bu göstərici cəmi 28 faizə enib.

“Chevrolet Suburban” da oxşar mənzərə ilə yadda qalıb. 2000-ci ildə qarşısındakı ərazinin 56 faizini görmək mümkün idisə, 2023-cü ildə bu rəqəm 28 faizə düşüb. “Ford F-150” modelində isə bu göstərici 43 faizdən 36 faizə qədər azalıb.
Nisbətən daha yaxşı nəticələr “Toyota Camry” və “Honda Accord” modellərində qeydə alınıb. “Toyota Camry”nin görmə sahəsi 2007-ci ildə 61 faiz idisə, hazırda bu rəqəm 57 faiz təşkil edir. “Honda Accord” isə 65 faizdən 60 faizə enib.
Araşdırmada avtomobillərin qarşısında yerləşən 10 metrlik sahədə sürücünün nə qədər görmə qabiliyyətinə malik olması əsas meyar kimi götürülüb. Tədqiqatçılar xüsusilə SUV tipli, yəni iri və yolsuzluq avtomobillərində bu problemin daha qabarıq şəkildə hiss olunduğunu vurğulayıblar. Səbəb isə bu avtomobillərin hündürlüyü, böyük güzgüləri və qalın kapot dizaynıdır. Bu da boyu kiçik uşaqların və digər piyadaların, eləcə də velosipedçilərin sürücünün gözündən yayınmasına səbəb olur.
Mütəxəssislər bildirirlər ki, bu nəticələr avtomobil istehsalçılarının dizayn zamanı təhlükəsizlik və görünmə sahəsi balansını yenidən nəzərdən keçirməsinin vacibliyini ortaya qoyur. Texnologiyaların tətbiqi (kamera, radar, sensor və s.) bu boşluqları qismən doldursa da, mexaniki və vizual görünmə imkanlarının zəifləməsi təhlükəsizliyi risk altına alır.
Eltac Zülfüqaroğlu
Sürücülərin bu səhvləri avtomatik sürətlər qutusunu sıradan çıxarır - ARAŞDIRMA
Sürücülərin çoxu bu səhvi edir: İsti havada avtomobili necə düzgün soyutmaq olar?
"Dayanma" ilə "durma"nın fərqi nədir? – Mütəxəssisdən İZAH – VİDEO
Bu yol qovşağında zolaq dəyişmək qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ – VİDEO
Yayda avtomobildə bu əşyaları saxlamaq təhlükəlidir – XƏBƏRDARLIQ
Uzun müddət park edilən avtomobilləri hansı təhlükələr gözləyir? – XƏBƏRDARLIQ
Piyada vurulmalarının qarşısını almaq üçün bu təcrübə tətbiq olunmalıdır – TƏKLİF – VİDEO
Qara rəngli avtomobillər günəş altında niyə daha çox qızır? – ARAŞDIRMA
Qəza şəraiti yaradan sürücülər də məsuliyyətə cəlb edilməlidir – TƏKLİF - VİDEO
Radarların yerini gizlətmək fayda verəcəkmi? - ŞƏRH
Qəzaların azalması üçün maraqlı təklif: Radarlar gizlədilsin - VİDEO










