Vəsiqəsi olmayanlar dəniz kənarında maşın sürə bilər? - İZAH - VİDEO

Bəzən sürücülük hüququ olmayan şəxslər idarəetmə bacarıqlarını inkişaf etdirmək üçün yaxınlarına məxsus avtomobilləri müəyyən yerlərdə idarə edirlər. Avtosfer.az-ın məlumatına görə, bu mövzu ilə bağlı sosial şəbəkə istifadəçilərindən biri videogörüntü paylaşıb. O, bildirib ki, yeni qaydalara əsasən, sürücülük hüququ olmayan şəxsin dəniz kənarında avtomobil idarə etməsi 260 manat məbləğində cərimə ilə nəticələnir.
Qeyd edək ki, bu, yeni tətbiq olunmuş qayda deyil. Ümumi istifadədə olan istənilən yol sahəsində – istər dənizkənarı ərazilərdə, istərsə də park yerlərində sürmə vərdişləri öyrənmək qanunla qadağandır. Paytaxtda xüsusilə Bayraq Meydanı, Olimpiya Stadionunun ətrafı və dənizkənarı zonalar sürmə vərdişləri üçün istifadə olunsa da, bu ərazilər ümumi istifadədə olan yol sahələri sayılır.
Xatırladırıq ki, belə yerlərdə sürücülük hüququ olmadan avtomobil idarə etmək qayda pozuntusu hesab olunur və inzibati cərimə tətbiq edilir. Sürücülük bacarıqlarını təhlükəsiz və qanuni şəkildə inkişaf etdirmək istəyən şəxslərə peşəkar təlimçilərin xidmətindən yararlanmaq tövsiyə olunur.
Fərid
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












