Zolaq bitən zaman buna əməl etməsəniz cərimələnə bilərsiniz - VİDEO
Öyrənək
6 Mart 2025 10:00

Nəqliyyat vasitələrinin hərəkəti zamanı yol verməklə bağlı qaydalar sürücülər üçün vacib məqamdır və bu qaydalar təkcə "Stop" və "Yol ver" nişanlarının olduğu yerlərlə məhdudlaşmır. Bir çox sürücü üstünlük nişanlarının olmadığı hallarda yol vermirlər ki, bu da qəza riskini artırır. Xüsusilə, hərəkət zolağının bitdiyi yerlərdə bu qaydaya əksər sürücü əməl etmir.
Bəzi yolların müəyyən hissələrində daralma baş verdikdə, sağ və ya sol zolağın nişanlanma xətti ilə bitməsinin şahidi oluruq. Bu halda, həmin zolaqda olan sürücülər məcburi şəkildə qonşu zolağa keçməli olurlar. Lakin bir çox sürücü zolağı dəyişərkən yol verməli olduğunun fərqində olmur. Nəticədə, eyni istiqamətdə hərəkət edən digər nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət yaranır.
"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinə əsasən, sürücü hərəkət istiqamətini dəyişərkən eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Bu qayda o deməkdir ki, zolaq bitdikdə sürücü öncə dönmə işığını yandıraraq digər sürücüləri xəbərdar etməli, daha sonra isə heç kimə mane olmayacağına əmin olduqdan sonra hərəkət trayektoriyasını dəyişməlidir.
Belə qaydaların düzgün yerinə yetirilməsi həm yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edir, həm də hərəkətin daha təhlükəsiz və nizamlı olmasını təmin edir. Bu səbəbdən, bütün sürücülər yol hərəkəti qaydalarına diqqətlə əməl etməli, zolaq dəyişmə zamanı xüsusilə ehtiyatlı olmalıdırlar.
Nərmin
Oxunub : 5532
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 12:00
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
12 Noyabr 2026 16:30
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
11 Noyabr 2026 11:00
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
7 Noyabr 2026 10:41
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
6 Noyabr 2026 20:30
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
6 Noyabr 2026 10:00
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
6 Noyabr 2026 09:30
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
5 Noyabr 2026 11:00
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
4 Noyabr 2026 12:30
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
4 Noyabr 2026 11:00
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
2 Noyabr 2026 11:30
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
2 Noyabr 2026 10:48
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ŞƏRH YAZ












