Abşeronda ev və avtomobillərdən oğurluq edən şəxs tutulub - FOTO

Abşeronda ev və avtomobillərdən oğurluq edən şəxs tutulub. "Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib. Abşeron rayon Polis İdarəsinə Xırdalan şəhəri "Quşçuluq" yaşayış massivində evdən və avtomobillərdən oğurluq edilməsi barədə məlumat daxil olub. Dərhal yaradılan əməliyyat-istintaq qrupu hadisə yerinə baxış keçirib və hadisəni törədən Razi Kərimov isti izlərlə saxlanılıb.
O, ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib. R.Kərimov bildirib ki, əvvəlcə yaşadığı əraziyə yaxın yerdə yenicə tikilmiş evdən külli miqdarda elektrik kabellərini oğurlayıb. Bundan sonra elə yaşayış massivindəki iki avtomobilin akkumulyatorunu da oğurlayıb. Saxlanılan şəxs cinayəti törədərkən sərxoş vəziyyətdə olduğunu və əməlindən peşmanlıq çəkdiyini bildirib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO















