Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB

"Aeroport yolunda çəkilən sözügedən görüntü ilə bağlı araşdırma aparılır".
Avtosfer.az xəbər verir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilib.
"Qaydaları pozan yük avtomobilinin sürücüsü müəyyən edilərək barəsində qanunamüvafiq tədbir həyata keçiriləcək", - deyə məlumatda bildirilib.
***
Aeroport yolunda iriqabaritli nəqliyyat vasitəsinin sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yüksək sürətlə və təhlükəli manevrlərlə hərəkət etməsi narazılığa səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub.
Şikayətçi bildirib ki, hadisə sentyabrın 27-də saat 21:58-də baş verib. Belə ki, sürücü "Shacman" markalı, 08-ZB-503 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini saatda təxminən 130 kilometr sürətlə idarə edib. Bundan əlavə, yük avtomobilinin sürücüsünün hərəkət zamanı zolaqları qısa məsafədə və yüksək sürətlə dəyişməsi digər sürücülər üçün ciddi təhlükə yaradıb.
Şikayətçi aidiyyəti qurumların məsələyə diqqət yetirməsini və yolda təhlükəli hərəkət edən nəqliyyat vasitələri ilə bağlı nəzarətin gücləndirilməsini xahiş edib.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












