Avtobus sürücüsü telefonla danışıb kəmər taxmadı, - DYP 90 manat cərimə yazdı - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşları Bakıda sükan arxasında telefonla danışan və təhlükəsizlik kəmərini taxmayan avtobus sürücüsünü aşkar edərək cərimələyib. Bu barədə Avtosfer.az-a Bakı şəhər DYP-dən bildirilib. Məlumata görə, dünən yayılan video DYP-də araşdırılıb həmin sürücünün şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, Xəzər rayonu, Binə qəsəbəsi sakini Natiq Badal oğlu Əliyev dekabrın 7-də günorta saatlarında idarə etdiyi 187 saylı, "Daewoo" markalı, 10 TF 292 dövlət nömrə nişanlı avtobusda mobil telefondan istifadə edib, eyni zamanda, təhlükəsizlik kəmərini taxmayıb. Sərnişinlərin iradlarını səməmi qəbul etmək əzəvinə kobudluq nümayiş etdirən sürücü qayda pozuntusuna davam edib. Bunu nəzərə alaraq həmin sürücü barəsində hər iki qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.6-cı maddələri ilə 90 manat cərimə protokolu tərtib edilib.
Qeyd edək ki, sürücü "Koroğlu" metrostansiyasından Qala qəsəbəsinə qədər avtobusu telefonla danışaraq idarə edib. Sərnişin sürücüyə telefonla danışmağı barədə irad bildirsə də, o, öz hərəkətinə haqq qazandırmağa çalışıb. Hətta həmin sərnişini avtobusdan düşürməklə hədələyib. Avtosfer.az-ın məlumatına görə, bir əli ilə telefonu tutub, digər əli ilə avtobus idarə edib. 10 dəqiqədən çox telefonla danışan sürücünü avtobusda olan sərnişinlərdən biri çəkib. Xanım sərnişin bildirib ki, sürücü "Koroğlu" metrostansiyasından Qalaya çatanadək fasiləsiz telefonla danışıb. Votsap nömrəmizə yazan sərnişin hadisənin dünən axşam saatlarında baş verdiyini və 187 saylı avtobusun sürücüsünün telefonla danışaraq sərnişinlərin həyatını təhlükəyə atdığını deyib. Sərnişin bildirib ki, o, sürücüyə telefonla danışmağı barədə irad bildirsə də, o, öz hərəkətinə haqq qazandırmağa çalışıb. Məsələ ilə bağlı xəttin istifadəçisi olan Gülmurad adlı şəxs bildirib ki, sərnişin rəsmi qaydada məktubla onlara müraciət etsə həmin sürücü müəyyən edilərək cəzalandırılacaq. Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə bildirib ki, hadisə ilə bağlı xəttin sahibinə xəbərdarlıq olunacaq və ondan məcburi qaydada problemin aradan qaldırılması tələb ediləcək.
Mərdəkan yolunda zəncirvari QƏZA - VİDEO
Ağır QƏZA: 35 ölü, 30 yaralı - Bu ölkədə
Svetofor nasaz olduqda sürücülər hansı qaydalara əməl etməlidir?
Gədəbəydə polisdən böyük əməliyyat - Özbaşınalıq edənlər saxlanıldı - VİDEO
Maşını düzgün park etməmisən? – CƏBHƏYƏ GET
Əks yola çıxan sürücü motosikletçini təhlükə ilə üz-üzə qoydu - VİDEO
Gəncənin bu küçəsində bəzi sürücülər "at oynadır" - VİDEO
Səfirliyə məxsus “Audi” qəfil manevrlə qəza şəraiti yaratdı - VİDEO
Bibiheybət yolunda sürücülər cərimələnir: Səbəb budur - FOTO
Ölümlə nəticələnən qəzaya görə neçə il həbs düşür? - Sərxoş sürücülərə ağır cəza
Sürücü və sərnişin növbə ilə yolu zibillədi – İrada isə görün necə cavab verdilər - VİDEO










