Avtobus zolağına keçmək istəyən sürücü avtomobillərə təhlükə yaratdı - VİDEO

Paytaxtda qayda pozan avtobus sürücüsü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 19-da saat 14:08 radələrində Böyükşor bulvarından Sabunçu istiqamətinə gedən yolda qeydə alınıb.
Belə ki, “BakuBus” MMC-yə məxsus 217 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 77-JF-059 dövlət nömrə nişanlı “BYD” markalı avtobusun sürücüsü manevr qaydalarını pozub.
Kadrlardan görünür ki, sürücü avtobus zolağına keçmək üçün əvvəlcədən müvafiq zolaqda düzgün mövqe tutmayıb. O, hərəkətdə olduğu zolaqdan birbaşa avtobus zolağına keçməyə cəhd edərkən əvvəlcə görüntünü qeydə alan avtomobili sıxışdıraraq ona təhlükə yaradıb. Ardınca manevrini davam etdirən sürücü digər hərəkət iştirakçısı üçün də qəza şəraiti yaradıb.
Üstəlik, avtobus zolağına 1.11 nişanlanma xəttini keçməklə daxil olub.
Qeyd edək ki, belə manevr zamanı sürücü əvvəlcədən avtobus zolağına keçməyə imkan verən zolaqda düzgün mövqe tutmalı və manevri digər hərəkət iştirakçıları üçün təhlükə yaratmadan həyata keçirməlidir.
Nərmin
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO












