Avtomobil nasazlığa görə yolda qalarsa, sürücü nə etməlidir? – QAYDALAR

Magistral yollarda ən təhlükəli vəziyyətlərdən biri maşının qəfil yolda xarab olması və sürücünün köməksiz halda qalmasıdır. Belə məqamlarda yaranan narahatlıq və gərginlik bir yana, yolun sürətli axını da böyük təhlükələrə əsas yaradır.
Avtosfer.az xəbər verir ki, elə buna ən uyğun və kədərli nümunə ötən gün Bakı-Sumqayıt magistralında baş vermiş hadisədir.
Tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhra Mehdiyevanın idarə etdiyi motosikletin yüksək sürətlə yol kənarında nasaz vəziyyətdə dayanmış maşına çırpılması, belə məqamlarda sürücülərin, yol hərəkəti iştirakçılarının məlumatlılığının natamam olduğunu göstərir.
Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı açıqlama yayaraq sürücülərə xəbərdarlıq edib və məcburi dayanma zamanı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri düzgün və vaxtında icra etməyə çağırıb.
Bəs məcburi dayanma zamanı düzgün və vaxtında edilməli olan vəzifələr hansılardır?
İlk olaraq BDYPİ-nin də bildirdiyi kimi nəqliyyatı mümkün qədər təhlükəsiz yerə çıxarmaq və texniki yardım çağırmaq lazımdır. “Yol hərəkəti haqqında” qanunun 55.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir.
Həmin qanunun 55.2-ci maddəsinə görə dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Şəhər daxilində adətən 15–30 metr, kənar və sürətli yollarda 30–50 metrdə nişan qoymaq lazımdır./bizim.media
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO












