Azərbaycanda hələ bu cür cinayətkar dəstə olmamışdı – 1,2 milyon qazanıblar - FOTO

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da zərərçəkənlərin külli miqdarda xarici valyutada olan pul vəsaitini mənimsəyən mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa ediliblər. Belə ki, Baş İdarənin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşlarının iştirakı ilə keçirdikləri əməliyyat-tədbiri nəticəsində bir qrup şəxsin investisiya şirkəti adı altında «şəbəkə biznesi» yaradaraq çoxsaylı vətəndaşları aldatmaları müəyyən edilib. DİN-dən Avtosfetr.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, Bakı şəhər sakini Kənan Mustafazadə, Qırğızıstan Respublikasında anadan olan Rəfail Taştəmirov, Lənkəran rayon sakini Xəyal Yaxyayev, Gəncə şəhər sakini Müslüm İsmayılov, Qəbələ rayon sakini Araz Qasımov və qeyriləri 2018-ci ilin iyun ayında internet şəbəkəsində xüsusi lokal proqram yaradaraq, dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «İnvestsland» investisiya şirkəti adı altında özləri tərəfindən uydurulmuş «şəbəkə biznesi» yaradıblar. Onlar əslində mövcud olmayan «BeardyCoin» adlı kriptovalyutanın guya beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini, mərkəzi ofislərinin Amerika Birləşmiş Ştatlarında yerləşdiyini və özlərini həmin şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndələri kimi təqdim edərək «investisiya paketi» adı ilə şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçirblər. Bu qayda ilə adıçəkilən şəxslər qurduqları «şəbəkə biznesi»nə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş «BeardyCoin» adlı kriptovalyutanı 700.000 ABŞ dollarına satıblar. Araşdırma zamanı dəstə üzvlərinin «investisiya paketi» adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 4000 yaxın vətəndaşı aldatdıqları müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın Nəsimi rayonunda icarəyə götürdükləri ofisə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.
Faktla bağlı Baş İdarənin İstitaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, mütəşəkkil dəstənin 5 üzvü barədə həbs qətimkan tədbiri seçilib, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Elmin
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO


















