Azərbaycanda pullu yollarla bağlı qaydalar açıqlandı - Ödəniş belə olacaq

Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nı təsdiq edib. Avtosfer.az-ın məlumatına görə, bu Qayda avtomagistrallardan ödənişli yol kimi istifadə qaydasını tənzimləyir. Qayda ödənişli avtomobil yolu kimi istifadə olunan özəl və bələdiyyə avtomobil yollarına şamil edilmir.
Ödənişli avtomagistral müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin “Yol hərəkəti haqqında” qanun ilə müəyyən edilmiş sürətlə və maneəsiz hərəkətini təmin edən, yüksək hərəkəti buraxma qabiliyyətinə və ayırıcı zolağa malik olan, eyni səviyyədə kəsişmələri olmayan, habelə hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilən, 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz olunan ödənişli avtomobil yoludur. Operator ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən dövlət qurumu, ödəniş talonu ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş sənədi (nəqliyyat vasitəsində yerləşdirilən yapışqan etiket, maqnit zolaqlı çoxdəfəlik talon), eləcə də elektron kontaktlı və ya kontaktsız smart kartdır. Ödəniş məntəqəsi ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş əməliyyatının həyata keçirildiyi və buraxılış məntəqələrindən ibarət olan, mühəndis avadanlığının, texniki vasitələrin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikililər və qurğulardır (şlaqbaumlar, elektron ödəniş terminalı və açıq məntəqə). Avtomatik elektron ödəniş cihazı – operator tərəfindən istifadə olunan nəzarət sistemi vasitəsilə hərəkətdə olan nəqliyyat vasitəsinin identifikasiyası üçün nəzərdə tutulan və nəqliyyat vasitəsində yerləşdirilən qurğudur.
Ödənişli avtomagistralın istifadə olunması istifadəçi ilə operator arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Müqavilənin bağlanılması gediş üçün ödəmə sənədi ilə təsdiq edilir və bu müqaviləyə uyğun olaraq operator istifadəçiyə ödənişli avtomagistralda gediş hüququnu təqdim etməyə və yol hərəkətini təşkil etməyə, istifadəçi isə təqdim olunan xidmətin haqqını ödəməyə borcludur. Ödənişli avtomagistraldan istifadəyə xitam verilməsi və dayandırılması halları istisna olmaqla, avtomobil yolunun sahibi (operator) həmin yoldan istifadə üçün müqavilə bağlamaqdan əsassız imtina edə bilməz. Ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla, Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdirilir. Operator tərəfindən nəqliyyat vasitəsinin gedişinə görə tutulan ödənişlərdən başqa, istifadəçilərdən digər ödənişlərin tutulmasına yol verilmir.. Müdafiə əhəmiyyətli, ictimai asayişin qorunması, fövqəladə halların aradan qaldırılması, qəza-bərpa işləri ilə əlaqədar olan daşımalarda iştirak edən, habelə polis və təcili tibbi yardım xidmətlərinə məxsus xüsusi təyinatlı, həmçinin ödənişli avtomagistrala xidməti təşkil edən operatorun nəqliyyat vasitələri gediş üçün ödənişdən azaddırlar. Nəqliyyat vasitəsinin gedişi üçün haqqın əvvəlcədən ödənilməsi halları istisna olmaqla, ödənişin tutulması ödəniş məntəqələrində həyata keçirilir.
Ödənişli avtomagistral barədə məlumat tablosu ödənişli avtomobil yolunun girişinə aparan avtomobil yollarında da quraşdırıla bilər. Ödənişli avtomagistraldan istifadə zamanı nəqliyyat vasitəsi texniki nasazlıq səbəbi ilə, o cümlədən yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətini dayandırarsa və digər nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaradarsa, bu zaman həmin nəqliyyat vasitəsi operator tərəfindən ödənişli qaydada yaxın məntəqənin mühafizə dayanacağına yerləşdirilir. Bu zaman nəqliyyat vasitəsinin mühafizə dayanacağında 24 saatadək saxlanılmasına görə ödəniş tutulmur.
İstifadəçilərə ödənişli avtomagistralla gediş haqqının əvvəlcədən operatora ödənilməsi imkanını da yaradılacaq.
İstifadəçinin vəzifələri aşağıdakılardır:
- əgər nəqliyyat vasitəsi operatorun tələblərinə uyğun olaraq yerləşdirilmiş gediş talonuna malik deyildirsə və ya avtomatik elektron ödəniş cihazı ilə təchiz edilməmişdirsə, bu zaman ödənişi yalnız nağd ödəniş məntəqələri vasitəsilə həyata keçirmək;
- nəqliyyat vasitəsinin gediş haqqını nağd pul vasitəsilə ödəniş terminalına köçürmək, habelə ödəniş kartından istifadə etməklə və ya əvvəlcədən ödəməklə həyata keçirmək;
- ödəniş məntəqəsindən keçməklə, gediş zamanı gediş üçün haqqın ödənilməsi məqsədi ilə nəqliyyat vasitəsini dayandırmaq və ödənişin həyata keçirilməsindən sonra maneənin (şlaqbaumun) açılması anından etibarən nəqliyyat vasitəsinin hərəkətinə icazə verildikdən sonra yoluna davam etmək;
- gediş talonunun istifadə olunması zamanı operatorun təlimatına uyğun olaraq, onu nəqliyyat vasitəsində yerləşdirmək;
- ödənişli avtomagistraldan istifadə ilə bağlı ödəniş sənədini ödənişli avtomagistraldan istifadə hüququ başa çatanadək qoruyub saxlamaq;
- operatorun uçotu sistemində qeydiyyata alınan nəqliyyat vasitəsində avtomatik elektron ödəniş cihazından istifadə etmək.
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










