Azərbaycanda yüzlərlə avtomobili qarət edənlər ələ keçdi - FOTO

Paytaxtın Nizami rayonu Ə.Hacıyev küçəsində yerləşən paltar mağazalarından birindən oğurluq edilib. Naməlum şəxslər mağazanın giriş qapısını sındıraraq içəridən 450 manat pul götürərək hadisə yerindən qaçıblar. DİN-dən Avtosfer.az-a bildirilib ki, hadisə ilə bağlı 25-ci Polis Şöbəsinə məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni tərətməkdə şübhəli bilinən paytaxt sakinləri Ceyhun Abbasov və Elxan İsayev saxlanılıblar.
Onların ətraflarında 25-ci Polis Şöbəsində araşdırma aparılan zaman onların başqa cinayətlərinin də üstü aşılıb. Belə ki, C.Abbasov və E.İsayevin paytaxt ərazisində və respublikanın ayrı-ayrı bölgələrində yüzlərlə avtomobilin şüşələrini sınıdıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar etdikləri məlum olub. Onlar ifadələrində törətdikləri cinayətləri etiraf ediblər.
Faktla bağlı 25-ci Polis Şöbəsində saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Bu şəxslərin digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nizami RPİ və ya 25-ci PŞ-nə müraciət edə bilərlər.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO














