Bakıdakı bu avtosalonlar avtomobilləri yolun ortasında satır - VİDEO

Paytaxtdakı sahibkarların səkiləri, eləcə də avtomobillərin hərəkəti üçün nəzərdə tutulan küçələri bütün vasitələrlə zəbt etməsi ilə əlaqədar dəfələrlə xəbərlər dərc etmişik. Bu dəfə sahibkarın küçə zəbtinə sürücülər də qoşulub.
Avtosfer.az xəbər verir ki, Bakının Nizami rayonundakı avtomobil satış və təmir müəssisələri əl birliyi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan ərazini özəlləşdirib.
Belə ki, Babək prospektinin Nizami rayonundan keçən hissəsində yerləşən “Lada” və “Azərmaş” adlı obyektlər ölkədə taksi sürücüləri üçün “Chevrolet”, “BYD” və “Lada” markalı avtomobillərin satışını həyata keçirir. Lakin həyata keçirdikləri satışı avtosalonun içərisində, yaxud qarşısında deyil, avtomobil yolunun ortasında edir. Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, satılacaq avtomobillər nizamsız şəkildə yol boyu nizamsız şəkildə və bir neçə cərgə üzrə düzüldüyü üçün yaxınlıqdakı təmir məntəqələrinə giriş və çıxış çətinləşir. Günün 2-ci yarısından sonra isə küçədəki hərəkət ümumiyyətlə mümkünsüz hala gəlir.

Redaksiyamıza göndərilən videodan da aydın olur ki, alıcılar elə küçənin ortasında avtosalon işçiləri ilə maşınlara göz gəzdirir, hətta bəziləri seçdikləri maşını prospektdə dövr etdirib sazlığını yoxlayıb sonra geri, yerinə sürür. Hansısa sürücü isə yolu açıb hərəkətə şərait yaradılmasını istəyəndə avtosalon işçilərinin aqresiv reaksiyaları ilə üzləşməli olur.
Əldə etdiyimiz məlumata görə, qeyd edilən avtosalonda satış hətta əlbəəl gerçəkləşdirilir. Həmin avtomobil satış məntəqələrindən “Chevrolet Cobalt” avtomobili almaq istəyən sürücülərdən biri saytımıza bildirib ki, satış zamanı qanunsuzluqla rastlaşdığı üçün maşını almamaq qərarına gəlib. Belə ki, sürücü avtosalon işçisindən bank hesabı və ya ödəniş üçün mobil tədbiq soruşduğu zaman ödənişin yalnız nağd olduğu açıqlanıb.
Görünür avtosalonlar həm də vergidən yayınmağın asan yolunu da tapıb. Salondan avtomobil alan sürücülər də ödənişi salona yaxınlaşaraq etməyə məcbur qaldığı üçün avtomobillərini ərazidə park edəndə artıq ərazidəki tıxac saatlarla çəkə bilir.
“Lada” və “Azərmaş” avtosalonlarının yaratdığı vəziyyətin görüntülərini sizə təqdim edirik:
Səfər
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO












