Bakıdakı bu veloparkinq başqalarından fərqlənir; səkini zəbt etmir - FOTO

Paytaxtın velosiped infrastrukturunun inkişafı istiqamətində yeni və müsbət addımlar atılır.
Avtosfer.az xəbər verir ki, paytaxtın Cəfər Cabbarlı parkının ərazisində quraşdırılan yeni veloparkinq bu sahədə nümunəvi həll kimi diqqət çəkir.
Belə ki, keçmişdə avtomobillər üçün parkinq yeri kimi istifadə edilən sahə indi müasir və funksional veloduracaqla əvəzlənib. Bu, həm şəhər məkanının yenilənməsi, həm də ekoloji nəqliyyatın təşviqi baxımından mühüm addım hesab olunur.
Əksər hallarda Bakıda veloduracaqlar səkilərdə quraşdırılır ki, bu da həm velosiped sürənlər, həm də piyadalar üçün narahatlıq yaradır. Lakin Cəfər Cabbarlı parkındakı bu nümunə fərqli yanaşma ilə seçilir — velosiped parklama nöqtəsi birbaşa zolağa bitişik yerləşdirilib. Bu isə sürücülərin velosipedi asanlıqla götürüb hərəkətə davam etməsinə imkan yaradır.

Mütəxəssislərin fikrincə, bu cür həllər dünya təcrübəsində mikromobillik prinsiplərinə tam uyğundur. Çünki məqsəd velosiped və skuter kimi nəqliyyat vasitələrindən istifadənin daha rahat, təhlükəsiz və əlçatan olmasını təmin etməkdir.
Qeyd edək ki, bu duracaqlardan təkcə icarə velosiped və skuter istifadəçiləri deyil, şəxsi velosiped sahibləri də tam hüquqlu şəkildə faydalana bilərlər.
Şəhər sakinləri isə bildirirlər ki, paytaxtda bu cür funksional və düzgün planlaşdırılmış veloduracaqların sayının artırılması həm mikromobilliyin inkişafına, həm də avtomobil sıxlığının azalmasına müsbət təsir göstərə bilər.
Eltac Zülfüqaroğlu
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO












