"Bakuelectronics" səkini zəbt edib özünə pilləkən tikdi - SAKİNLƏRDƏN ŞİKAYƏT - VİDEO

Xırdalan şəhərində sakinlər səkinin zəbt olunması ilə bağlı narazılıqlarını bildiriblər.
Avtosfer.az xəbər verir ki, “Bakuelectronics” mağazasının Heydər Əliyev prospektində yerləşəcək yeni filialında təmir işləri aparılır. Mağazanın həm sağ, həm də sol tərəfində pilləkənlər mövcud olsa da, əlavə ön tərəfdə iri ölçülü pilləkənlərin inşa edildiyi müşahidə olunur.
Videodan aydın görünür ki, quraşdırılan pilləkənlər səkinin bir hissəsini zəbt edir və piyadaların hərəkət imkanlarını məhdudlaşdırır.
Bununla yanaşı, ərazidə park edilmiş avtomobillər də səkinin bir hissəsini tutaraq piyadaların hərəkətinə maneə yaradır. Nəticədə həmin ərazidən keçən piyadalar məcburən yolun hərəkət hissəsindən istifadə etməli olurlar.
Sakinlər aidiyyəti qurumların məsələ ilə bağlı tədbir görməsini və piyadaların təhlükəsiz hərəkəti üçün səkinin tam şəkildə əlçatan olmasını istəyirlər.
Fərid
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












