Banner

Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO

Qaydalar 6 Noyabr 2026 21:00
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda bölgələrə səyahət edən sürücüləri yollarda bir sıra təhlükələr gözləyə bilər. Xüsusilə dağlıq ərazilərdə hava şəraitinin qəfil dəyişməsi, yol örtüyünün vəziyyəti və görünüş məsafəsinin azalması sürücülərdən daha diqqətli olmağı tələb edir. Bu səbəbdən rayonlara səfər etməzdən əvvəl sürücülərin nəzərə almalı olduğu bir sıra vacib məqamlar var.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında bildirib ki, yola çıxmazdan əvvəl əyləc sistemini, təkərləri, mühərrik yağını və digər vacib detalları nəzərdən keçirmək mütləqdir:

“Hava şəraitini əvvəlcədən öyrənib daha sonra yola çıxmaq əlverişli olardı. Xüsusilə dağlıq ərazilərdə qar, yağış, duman və güclü külək ehtimalını nəzərə alın. Onsuz da, bir neçə gündür ki, bayram günlərində havanın yağışlı olacağı barədə xəbərdarlıq edilib.

Ən çox diqqət etməli olduğunuz məsələ sürət həddinə nəzarət etməyinizdir. Yaşayış məntəqələrində, döngələrdə və enişli-yoxuşlu yollarda sürəti mütləq azaldın. Bir çoxumuz çalışırıq ki, gedəcəyimiz yerə daha erken saatda çataq, ona görə də gün çıxmadan yola düşmək istəyirik. Səhər açılmadan yola çıxmamağı tövsiy edirəm. Amma yenə də səhər açılmadan yola çıxmalı olsanız, sürət həddinə daha da diqqətli yanaşın. İşıqlandırılmayan yollarda və görünüş məsafəsinin məhdud olduğu ərazilərdə diqqəti artırın, əks halda qəza qaçılmaz ola bilər.

Uzun məsafəli səyahətlər zamanı bir neçə məntəqədə dayanıb istirahət edin. Ümumiyyətlə yorğun halda yola çıxmayın”.

Həmin videonu sizə təqdim edirik.

Səfər

bax.tvhttps://bax.tv/embed/228586.html

 

 

Oxunub : 170
ŞƏRH YAZ
Ad

E-mail

Şərh