Belə məsuliyyətsizlik edən piyadaların bir gün ölüm xəbəri gəlir - VİDEO

Yol nəqliyyat hadisələrində avtomobillərin toqquşması ilə yanaşı piyadavurma halları da baş verir. Bu cür qəzaların səbəbi bəzən sürücülər, bəzən isə piyadaların məsuliyyətsizliyi olur. Əksər hallarda piyadalar yolu müəyyən olunmayan yerdən keçən zaman avtomobil tərəfindən vurulurlar. Avtosfer.az xəbər verir ki, özünü təhlükəyə atan piyadalardan birinin videosu kameraya düşüb. Hadisə paytaxtın Mikayıl Müşfiq küçəsində qeydə alınıb.
Belə ki, piyada ayırıcı zolağın üzərindən keçərək hərəkət edib. Bu zaman orta zolaqdakı avtomobilin önündən qəfil çıxaraq görüntünü qeydə alan sürücünün qarşısına keçib. Sürücülər dayanaraq onun keçib-getməsini gözləyiblər. Bəzən sürücünün də intizamsızlığı belə hadisələrin facilə ilə nəticələnməsinə səbəb olur.
Ona görə də piyadalara tövsiyə edirik ki, yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər. Ani bir diqqətsizlik, məsuliyyətsizlik insanın ömrünü yarıda qoya bilər.
Fərid
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












