Bərdədə maşın elektrik dirəyinə dəyib, yaralılar var - FOTO

Bərdə rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Meşəçilik İnstitutu adlanan ərazidə qeydə alınıb. "BMW" markalı avtomobil idarəetməni itirərək yol kənarında yerləşən elektrik dirəyinə dəyib. Nəticədə avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı "təcili yardım" avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib. Deformasiyaya uğramış avtomobildən xəsarət alan şəxslər çıxarılıb. Qəza nəticəsində elektrik dirəyi yarasız vəziyyətə düşdüyündən qəsəbəyə verilən elektrik enerjisi dayandırılıb.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO

















