Bibiheybət yolunda sürücülər cərimələnir: Səbəb budur - FOTO

Son günlər Bakıda sürücülər qayda pozuntusu törətdikləri üçün kamera vasitəsilə cərimələnirlər. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Bibiheybət yolundan gedir. Belə ki, sürücülər "SOCAR" yanacaqdoldurma məntəqəsinin yanındakı yolayrıcında ən sol zolaqdan geriyə dönən zaman kamera vasitəsilə cərimələnirlər. Həmin zolaqdan geriyə dönməyin qanuni olduğunu bildirən sürücülər yazılan cərimələrdən narazıdırlar.
Qanunvericiliyə görə, geriyə dönməni qadağan edən nişan yoxdursa hərəkətin sola təşkil olunduğu ən sol zolaqdan geriyə dönməyə icazə verilir.
Lakin müşahidələr göstərir ki, cərimələnən sürücülərin bir qismi geriyə dönmə manevrini yolayrıcına daxil olmadan qoşa xətti kəsərək və ya piyada keçidinin üzərindən həyata keçirir. Bu isə yol hərəkəti qaydalarının pozulması hesab olunur.
Cərimə tətbiq edilməməsi üçün sürücülər geriyə dönmə manevrini yolayrıcına daxil olduqdan sonra yerinə yetirməlidirlər.
Fərid



Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO












