Bu yolda cərimələnə bilərsiniz: Sürücülərin diqqətinə - VİDEO

Sürücülərin böyük əksəriyyəti əlavə bölməli svetofor quraşdırılmış yolayrıclarında necə hərəkət etməli olduqlarını bilmirlər. Sürücülər paytaxtın Neftçilər prospekti ilə Niyazi küçəsinin kəsişməsində (Azneft dairəsində) hərəkət edən nəqliyyat vasitələrinin hansı hallarda üstünlüyə malik olmalarını bilmir.
Qeydə alınan görüntüdə Neftçilər prospekti ilə hərəkət edən sürücünün qarşısında quraşdırılmış svetoforun əsas bölməsində qırmızı, sağa əlavə bölməsində isə yaşıl işıq yanır. Belə olan halda Azneft dairəsindən gələn avtomobillərə yol vermək lazımdır. Çünki Yol Hərəkəti Haqqında Qanunun 76-cı maddəsinin II hissəsində qeyd olunub ki, "Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir".
Əgər əlavə bölmə ilə birgə əsas bölmədə də yaşıl işıq yanarsa, o zaman Azneft dairəsindən Niyazi küçəsi istiqamətinə hərəkət edən sürücülər sağdan- Neftçilər prospektindən yolayrıcına daxil olan sürücülərə yol verməlidir.
Bu qaydanı pozan sürücülər 3 bal 60 manat məbləğində cərimə oluna bilərlər.
Təbriz
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












