Bu yolda geriyə dönən sürücülər tıxac yaradır - Həll yolu budur - VİDEO

Bakının əsas nəqliyyat arteriyalarından biri olan Babək prospektində sürücülərin geriyə dönmə manevrləri zamanı tıxac yaratması ciddi problemə çevrilib. Avtosfer.az xəbər verir ki, bu vəziyyət xüsusilə prospektin ilk geriyə dönmə yerində müşahidə olunur.
Məsələ ondan ibarətdir ki, Xəqani Rüstəmov küçəsindən sağa – Babək prospektinə daxil olan sürücülərin bir qismi geriyə dönmə zolağına girərək manevr etməyə çalışır. Lakin günün pik saatlarında, yəni nəqliyyatın intensiv olduğu vaxtlarda bu manevri yerinə yetirmək çətinləşir. Sürücülər sol zolağa keçməkdə çətinlik çəkdiyindən həm geriyə dönməyə çalışan, həm də prospekt boyunca düz istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin axını ləngiyir. Nəticədə bu ərazidə sıxlıq yaranır və yol hərəkətinin ümumi dinamikası pozulur.
Burada sıxlığın və maneənin qarşısını almaq üçün nə etmək lazımdır?
Qeyd edək ki, həmin kəsişmədəki problemin bir neçə həlli yolu var. Bunlardan biri, Xəqani Rüstəmov küçəsilə kəsişmədə növbəliliyin təmin edilməsi üçün svetofor obyektinin quraşdırılmasıdır.
Digər həll yolu isə həmin geriyə dönmə yerində bütöv nişanlanma xəttinin çəkilməsidir. Bu, Xəqani Rüstəmov küçəsindən Babək prospektinə daxil olan sürücülərin məhz bu ərazidə geriyə dönməsinin qarşısını alacaq. Əgər belə bir məhdudiyyət tətbiq olunarsa, sürücülər növbəti svetofora qədər davam edərək daha rahat və təhlükəsiz şəkildə geriyə dönə bilərlər. Bu, həm yol hərəkətinin axıcılığını artırar, həm də qəza riskini minimuma endirər.
Ümid edirik ki, aidiyyəti qurumlar ərazini müayinə edərək problemin həlli istiqamətində addımlar atacaq.
Nərmin
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü HƏBS EDİLDİ - FOTO
Xəyalə yol hərəkəti qaydalarını pozdu - 100 manat + 2 bal cərimə - FOTO
Sıxlıqdan çıxmaq istəyən sürücülər vəziyyəti daha da çətinləşdirdi - ANBAAN VİDEO
Avtomobillərə qoşulub əks yola çıxan avtobus sürücüsü yolu kəsdi - VİDEO
Masazırda sürücülər kütləvi şəkildə əks yola çıxıb hərəkəti çətinləşdirdi - VİDEO
Yolun ortasında nəzarətsiz buraxılan heyvan sürücüyə qorxulu anlar yaşatdı - VİDEO
Özünü əziyyətə salmayan sürücü 100 manatlıq qayda pozdu - VİDEO
Özünü ağıllı sayan sürücü digər maşının yolunu kəsib qırmızı işığa saldı - VİDEO
Paytaxtda avtoxuliqanlıq edən sürücü 25 gün HƏBS EDİLDİ - VİDEO
Abşeronda reyd - Motoxuliqanlar və narkoman sürücülər saxlanıldı - FOTO - VİDEO
Oyuncaq maşınla yolda şütüdü, məsuliyyətə cəlb olundu - VİDEO











