Bu yoldan sola dönəndə diqqətli olun: 100 manat cərimə yazılır - VİDEO

Bakıda haqsız yerə cərimələndiyini iddia edən sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Sürücü bildirir ki, idarə etdiyi avtomobillə paytaxtın 8 Noyabr prospektindən sola - Fəzail Bayramov küçəsinə dönərək yolun sol hissəsi ilə hərəkət edib. Afiyəddin Cəlilov küçəsi ilə kəsişməyə çatan zaman isə kamera vasitəsilə onun barəsində 3 bal 100 manat cərimə tətbiq edilib. Qərarda sürücünün əks yola çıxdığı qeyd edilsə də, o, əks yola çıxmadığını və yazılmış cərimənin düzgün olmadığını iddia edir.
Avtosfer.az xəbər verir ki, son zamanlar sözügedən kəsişmədə əksər sürücülər cərimələnir.
Qeyd edək ki, tətbiq edilən cərimələr qanuni hesab edilir. Çünki, 8 Noyabr prospektindən Fəzail Bayramov küçəsinə daxil olan sürücülər birbaşa yolun sağ zolağına dönməlidirlər. Fəzail Bayramov küçəsinin girişində birtərəfli hərəkəti bildirən 5.5 nişanı olmadığı üçün hərəkət avtomatik olaraq ikitərəfli sayılır. Bu səbəbdən sol zolaqla hərəkət edən sürücülər qayda pozmuş hesab olunurlar.
Sürücülərə tövsiyə edirik ki, cərimələnməmək üçün 8 Noyabr prospektindən sola dönən zaman birbaşa sağ zolaqda yerləşsinlər. Çünki sol zolaq qarşıdan gələn nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Bu qaydaya əməl edilməsə, cərimə ilə yanaşı qəza da baş verə bilər.
Fərid
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












