Dayanma və durma qadağandır, amma... – Yasamalda yol niyə tutulur? - VİDEO

Bakıda avtomobil yükünün yüksəlməsi parkinqlərin az olması fonunda paytaxt küçələrindəki sıxlıq gün keçdikcə artır. Bu yollardan biri də Yasamal rayonu, Qələbə dairəsindən Tbilisi prospektinə gedən Əbdülvahab Salamzadə küçəsidir.
Belə ki, bu yolun sağ zolağı boyunca dayanma və durma qadağandır nişanı olsa da, davamlı avtomobillər parkinq edir, bu da hərəkəti məhdudlaşdırır. Xüsusən də, tıxacın pik səviyyədə olduğu səhər və axşam saatlarında yolun bir hissəsinin bu şəkildə tutulması sürücülər üçün çətinlik yaradır.
Bəs bunun qarşısı necə alınmalıdır?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, problemə əsas səbəb nəzarətdəki boşluqdur:
“Görüntülərdən də görünür ki, nişan heç bir işə yaramır, nişanın təsir zonasında maşınlar ucdan-uca dayanıb. Həmin ərazi Yasamal Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin qarşısında yerləşir. Görünür, nəzarətdə boşluq yaranıb ki, sürücülər də bundan istifadə edirlər. Həqiqətən də, sözügedən yol olduqca əhəmiyyətlidir. Təbii ki, dayanma və durma qadağandır nişanının əhatə dairəsində olan avtomobillər digər avtomobillərin hərəkətini çətinləşdirir, sıxlıq və tıxac yaradır, ya da ümumiyyətlə yoldan istifadəni mümkünsüz edir. Bu səbəbdən həmin əraziyə polis nəzarəti lazımdır. Bəzi yerlərdə hansısa formada müəyyən parklanma nöqtəsi yaradıla bilər”.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, bu barədə tədbirlər həyata keçirilir:
“Qeyd edilən ərazidə dayanma və durma qaydalarını pozaraq yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə, eləcə də, yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradan sürücülərlə bağlı qanunamüvafiq tədbirlər həyata keçirilir. Sürücülərdən xahişimiz, eyni zamanda tələbimiz ondan ibarətdir ki, dayanma və durma qaydalarına düzgün şəkildə riayət etsinlər, ərazidə sıxlığın yaranmasına səbəb olmasınlar”.(Sfera.az)
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO












