Əks yola çıxıb şütüyən sürücü yolda su “şou”su yaratdı - 77-EC-100 - VİDEO

Paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Bu barədə izləyicilərdən biri görüntüləri Avtosfer.az-ın “Instagram” səhifəsinə göndərərək məlumat verib. Hadisə mayın 26-da saat 16:12 radələrində qeydə alınıb.
Belə ki, 77-EC-100 dövlət qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsü yalnız düzünə hərəkətə icazə verən zolaqda yerləşsə də qəfil sola manevr edib və bu zaman görüntünü qeydə alan avtomobilə qəza təhlükəsi yaradıb. Daha sonra o, əks istiqamətli hərəkət zolağına çıxaraq yüksək sürətlə hərəkətini davam etdirib.
Yağışdan sonra yolda toplanan su səbəbindən sürücünün sürətli hərəkəti digər nəqliyyat vasitələrinə və piyadalara narahatlıq yaradıb. Belə ki, avtomobilin yoldakı su yaxınlıqdakı piyadaların üzərinə sıçrayıb.
Şikayətçinin sözlərinə görə, o, avtomobili pəncərəsi açıq vəziyyətdə idarə etdiyi üçün su sıçrayaraq onun üzərinə düşüb və onu isladıb.
Nərmin
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO












