Eskalatordakı fırçalara ayaqqabı silənlər, bu xəbəri oxuyun

Bu gün günorta saatlarında “Sahil” metrostansiyasında eskalatorlardan biri qəfildən dayanıb. “Bakı Metropoliteni”nin sözçüsü Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, eskalatorlara daimi xidmət olunduğu üçün texniki nasazlığa görə dayanmasına rast gəlinmir: “Bu gün də eskalator dayandıqdan sonra onun səbəbini araşdırmaq bir qədər vaxt aparıb. Müəyyən olunub ki, sərnişinlər eskalatorun kənarında yerləşdirilən fırçalara ayaqqabılarını sildiyinə görə palçıq yığılıb. Yeni eskalatorların təhlükəsizlik standartları yüksək olduğu üçün avtomatik dayanıb. Metropoliten əməkdaşları tərəfindən dərhal eskalator təmizlənib və təxminən yarım saat sonra istifadəyə verilib. Həmin müddət ərzində isə ikinci eskalator qoşularaq sərnişinlərə xidmət göstərib”.
B.Məmmədov əlavə edib ki, buna görə hər hansı sərnişin cərimələnməyib: “Çünki bu, bir sərnişinə görə baş verməyib. Gün ərzində çoxlu sərnişin bunu təkrarladığı üçün palçıq yığılıb. Biz sərnişinləri maarifləndirməliyik ki, eskalator fırçaları ayaqqabı silmək üçün deyil”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












