FHN-in motosiklet sürücülərinə qoyduğu qadağa narazılıq yaratdı - VİDEO

Bəzi motosiklet sürücüləri yanacaqdoldurma məntəqələrində qarşılaşdıqları problemlə bağlı redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıblar. Onların sözlərinə görə, məntəqəyə daxil olarkən əməkdaşlar motosikleti təxminən 10 metr qalmış söndürərək əl ilə yanacaqpaylayıcı qurğuya qədər aparmağı tələb edirlər. Bu tələbin Fövqəladə Hallar Nazirliyinin qaydalarına əsaslandığını bildirirlər.
Sürücülər isə qeyd edirlər ki, bu qayda xüsusilə çəkisi 300-340 kiloqramdan artıq olan iri motosikletlər üçün ciddi çətinlik yaradır. Belə motosikletləri təkbaşına əl ilə itələyərək yanacaqpaylayıcı qurğuya çatdırmaq bəzən mümkün olmur.
Avtosfer.az məsələ ilə bağlı bildirir ki, yanacaqdoldurma məntəqələrində yanğın və partlayış təhlükəsinin minimuma endirilməsi məqsədilə FHN tərəfindən təhlükəsizliklə bağlı müəyyən tövsiyələr və tələblər mövcuddur. Həmin tövsiyələrdən biri də yanacaqdoldurma məntəqəsinin ərazisində avtomobillər istisna olmaqla, motosikletlər yanacaqpaylama kolonkasına mühərriki söndürülmüş vəziyyətdə yaxınlaşmalı, onların mühərrikinin söndürülməsi və işə salınması kolonkalardan 15 metrdən az olmayan məsafədə icra edilməlidir.
Lakin "Yol hərəkəti haqqında" qanunda və yol hərəkətini tənzimləyən digər normativ hüquqi aktlarda motosikletin yanacaqdoldurma məntəqəsinə mütləq şəkildə əl ilə aparılmasını nəzərdə tutan konkret norma yoxdur. Bu qaydaya əməl edilməməsinə görə hər hansı inzibati məsuliyyət və ya cərimə də müəyyən edilməyib.
Bu baxımdan, sözügedən tələb daha çox təhlükəsizlik məqsədi daşıyan daxili qayda və ya tövsiyə xarakteri daşıyır. Motosiklet sürücüləri hesab edirlər ki, təhlükəsizlik prinsipləri müəyyən edilərkən iri həcmli və ağır motosikletlərin texniki xüsusiyyətləri də nəzərə alınmalıdır. Onların fikrincə, qaydalar elə tənzimlənməlidir ki, həm sürücülərlə nəzarət məntəqələrinin əməkdaşları arasında anlaşılmazlıqların qarşısı alınsın, həm də təhlükəsizlik tələblərinin daha səmərəli və vahid şəkildə tətbiqi təmin olunsun.
Fərid
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO












