İl ərzində bu xətanı 6 dəfə törədənlərin sürücülük hüququ ləğv ediləcək – YENİLİK

Türkiyədə yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə yeni qaydalar qüvvəyə minib.
Avtosfer.az xəbər verir ki, qaydalar sürət həddinin aşılması, qırmızı işıqda yolayrıcını keçmə, təcili yardım avtomobillərinə yol verilməməsi və sükan arxasında mobil telefondan istifadə kimi hallara görə cəzaları xeyli sərtləşdirir. Davamlı qayda pozan sürücülərin isə vəsiqələri tamamilə ləğv ediləcək.
Yeni tələblərə əsasən, bir il ərzində sürət həddini 5 dəfə aşan sürücülər artıq yalnız cərimə ödəməklə kifayətlənməyəcək, onlar psixi vəziyyətlərinin qiymətləndirilməsi üçün psixiatra göndəriləcəklər. Rəsmilər bu addımın məqsədini “sürücülərdə impuls nəzarət pozuntularının erkən müəyyənləşdirilməsi və reabilitasiya prosesinin başlanması” kimi izah ediblər.
Qırmızı işığın dəfələrlə pozulmasına görə də cəzalar sərtləşdirilib. İl ərzində 6 dəfə qırmızı işıqda keçən sürücülərin sürücülük vəsiqələri tamamilə ləğv ediləcək. Məsul şəxslərin sözlərinə görə, bu qədər çox qayda pozuntusu sürücülərin qaydalara şüurlu və davamlı şəkildə məhəl qoymamasından xəbər verir və belə hallara qarşı daha sərt tədbirlər görüləcək.
Təcili yardım və yanğınsöndürən avtomobillərinə yol verməmək də ağır nəticələrə səbəb olacaq. Beş il ərzində 2 dəfə belə hərəkətə yol verən sürücülərin vəsiqələri ləğv ediləcək. Bu qayda xüsusilə şəhər daxilində “qəsdən etinasızlıq” göstərən sürücülərə şamil ediləcək.
Mobil telefondan istifadə edərək avtomobil idarə edənlərə qarşı cəzalar mərhələli şəkildə artırılıb. İlk dəfə qaydanı pozan sürücü 5000 TL (təxminən 290 manat), ikinci dəfə pozan 10.000 TL (təxminən 580 manat) cərimə ödəyəcək. Üçüncü dəfə eyni qaydanı pozan şəxsin sürücülük vəsiqəsi 30 gün müddətinə müsadirə ediləcək. Rəsmilər bu tədbirin diqqətin yayındırılması nəticəsində yaranan qəzalara qarşı mühüm rol oynayacağını bildirirlər.
Eyni zamanda məktəb və xəstəxanaların yaxınlığında sürət həddini aşmağa görə də daha sərt tədbirlər görüləcək. Bu ərazilərdə nəzarət fasiləsiz şəkildə mobil radar və kamera sistemləri ilə aparılacaq.
Yeni qaydaların məqsədi sürücülərin məsuliyyətini artırmaq, təhlükəsizlik qaydalarına əməl etməyi vərdişə çevirmək və ictimai təhlükəsizliyi təmin etməkdir.
Eltac Zülfüqaroğlu
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO













