Körpə uşağı qucağına alıb maşın sürən musiqiçi cəzalandırıldı - VİDEO

Yolda təhlükəli şəkildə qayda pozuntusu edən sürücü qeydə aldığı videonu sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, hadisə Göyçay rayonunda qeydə alınıb. Belə ki, musiqiçi kimi tanınan Rəhman Yediyarov adlı sürücü idarə etdiyi 77-QE-051 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sükanı arxasında olarkən körpə uşağı qucağında saxlayaraq bir əlli maşın sürüb.
Qeyd edək ki, bu cür qayda pozuntusu son dərəcə təhlükəlidir. Ani diqqətsizlik və ya gözlənilməz vəziyyət zamanı sürücü bir əllə nə düzgün manevr edə, nə də təhlükədən yayına bilər. Qəza baş verən zaman isə körpə uşaq sürücü ilə sükan arxasında qalaraq həyatını itirə bilər. Bu cür qəzada sürücünün də ağır xəsarətlər alması qaçılmaz olur. Bu səbəbdən belə hərəkətlər birmənalı şəkildə qadağandır.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, sürücü polis əməkdaşları tərəfindən müəyyən olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Fərid
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












