Maşın yanacaqdoldurma məntəqəsinə girdi, yaralılar var - FOTO

Bərdə rayonunda 3 avtomobilin toqquşması, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə Koroğlu küçəsində qeydə alınıb. 32 yaşlı yaşlı Mirzəyev Emil Kamil oğlu "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə "Mercedes" və "Nissan" markalı minik avtomobillərinə, sonra isə yoldan çıxaraq yanacaqdoldurma məntəqəsinin ofisinə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü E.Mirzəyəv və sərnişin Mobilli Rəvan Kamil oğlu xəsarət alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Ərazidə müayinə aparılıb və qəzaya uğramış avtomobil cərimə meydançasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO


















