Banner

Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO

Qaydalar 12 Noyabr 2026 10:00
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
WhatsApp kanalımıza abunə olun

Xırdalan şəhərində yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücünün videosu anbaan avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 11-də Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, 90-YK-319 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin xanım sürücüsü kəsişmə yerində park edərək övladını kursdan götürməyə gedib. Videodan da aydın şəkildə görünür ki, o, azyaşlı uşağı ilə yolu keçiddən kənarda keçərək özünü avtomobilin qarşısına atıb. Əks yoldan gələn sürücü qəfildən dayanaraq təhlükədən son anda yayınıb. Daha sonra heç nə olmamış kimi avtomobilinə minərək ərazidən uzaqlaşıb.

Qeyd edək ki, avtomobilin orada park edilməsi həyətə girib-çıxan nəqliyyat vasitələrinin hərəkətinə mane olub.

 

Fərid

bax.tvhttps://bax.tv/embed/228745.html

 

 

Oxunub : 184
ŞƏRH YAZ
Ad

E-mail

Şərh