Maşını velosiped zolağında park edib yolu bağladı - 90-HR-078 - VİDEO

Paytaxtın Mirzəağa Əliyev küçəsində dayanma-durma qaydalarını pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 21-də saat 15:13 radələrində qeydə alınıb. Belə ki, 90-HR-078 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini velosiped zolağında park edib. Kadrlardan göründüyü kimi, velosipedçi yolu bağlandığı üçün zolağını tərk edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün ayrılmış zolağa keçməyə məcbur olub.
Xatırladaq ki, velosiped zolaqları yalnız velosiped və digər mikromobillik vasitələrinin təhlükəsiz hərəkəti üçün ayrılıb. Bu zolaqlarda avtomobil saxlamaq və ya park etmək həmin hərəkət iştirakçılarını nəqliyyat axınına çıxmağa məcbur edir ki, bu da qəza riskini əhəmiyyətli dərəcədə artırır. Buna görə də sürücülər velosiped zolaqlarını dayanma və parklanma yeri kimi istifadə etməməlidirlər.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












