Motosikletin sürücüsündə kaska yox, sərnişin isə ayağa qalxıb oynayır - VİDEO

Bakıda gənclərin həyatlarını və digər hərəkət iştirakçılarının təhlükəsizliyini risqə atan hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, paytaxt küçələrində hərəkət edən iki gənc motosikletlə təhlükəli hərəkətlər ediblər. Hadisənin videogörüntülərində motosikletin arxa oturacağında əyləşən sərnişinin qəfil ayağa qalxdığı və balansını saxlamağa çalışaraq müxtəlif hərəkətlər etdiyi görünür.
Sərnişinin bu davranışı həm sürücünün idarəetməsini çətinləşdirib, həm də ətrafdakı digər sürücülər üçün real təhlükə yaradıb. Qanunvericiliyə görə, motosikletdə bu cür təhlükəli hərəkətlər yol hərəkəti qaydalarının pozulması hesab olunur və məsuliyyətə səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, motosiklet sürücülərinin və sərnişinlərin qoruyucu dəbilqədən istifadə etməsi, qaydalara riayət etməsi vacibdir. Əks halda belə məsuliyyətsiz davranışlar ağır qəzalarla nəticələnə bilər.
Eltac Zülfüqaroğlu
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO












