Musabəyov parkının yanındakı bu işıqforda hansı halda hərəkəti davam etdirə bilərsiniz? – İZAH - VİDEO

Paytaxtdakı işıqforlardan biri sürücüləri vaxtaşırı çaşdırır və bu da qəza şəraitinin yaranmasına səbəb olur.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Aqil Quliyev məlumat verib. O qeyd edib ki, Həsən bəy Zərdabi küçəsinin Əbdürrəhimbəy Haqverdiyev küçəsi ilə kəsişməsində yerləşən işıqforda əlavə bölmə quraşdırılıb.
“Əlavə bölmədə həm düzünə hərəkət edənlər üçün, həm də təkbaşına sağa gedənlər üçün daimi yaşıl işıq yanır. Düzünə hərəkət edənlər üçün qırmızı işıq yandıqda belə sağa hərəkət edən sürücülər bir çox hallarda birinci avtomobilin idarəçisini başa düşmürlər, davamlı arxadakı maşınlar siqnal verib öndəki avtomobili tələsdirməyə çalışırlar. Belə olan halda hətta piyadaya da yol vermədən hərəkətlərini davam etdirmək istəyirlər.
Qeyd etmək istəyirəm ki, əlavə bölmədəki yaşıl işıq yalnız Əbdürrəhimbəy Haqverdiyev küçəsindən, yəni soldan hərəkət edən, eləcə də keçiddəki piyadalara yol verdikdən sonra sağa dönməyə icazə verir. Yəni, əgər soldan Musabəyov parkına doğru irəliləyən avtomobillər yoxdursa, bu halda siz piyadalara yol vermək şərtiylə hərəkətinizi davam etdirə bilərsiniz”.
Səfər
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












