Pandusa dırmaşan sürücü cəzalandırıldı - VİDEO

Bakıda dayanma-durma və parklanma qaydasını pozan sürücü haqqında protokol tərtib edilib. Bunu açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, hadisə barədə məlumat məruzə olunan kimi dərhal reaksiya verilib və şəxs barədə tədbir görülüb: “Şəmsi Bədəlbəyli-Süleyman Rüstəm küçələrinin kəsişməsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş piyada zolağında 10-BG-777 dövlət nömrə nişanlı, “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü Hüseynov Vüqar Oqtay oğlunun yol hərəkəti qaydasını pozduğu aşkar edildi. Sürücü inzibati məsuliyyətə cəlb edildi”.
Vaqif Əsədov həmçinin sürücülərə müraciət edərək bildirib ki, ərazidə dayanma-durma və parklanma yerinə yetirən zaman diqqətli olmaq lazımdır.
Qeyd edək ki, fevralın 1-də 10-BG-777 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin piyada keçidinin üzərində parklandığı barədə məlumat yayılmışdı. Sürücünün avtomobilini düzgün park etməməsi piyadaların hərəkətinə mane olurdu. (oxu.az)
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












