“Parkovşiklərə” bəd xəbər: Cərimələnə, həbs edilə bilərlər…

Bakıda bəzi küçələrdə hələ də qanunsuz parklanma hallarına rast gəlinir. Belə ki, avtomobillər piyadalar üçün nəzərdə tutulmuş hissələrdə saxlanılır və bu, bəzi vətəndaşların hərəkətinə çətinliklər yaradır.
Qanunsuz parklanmaya görə daha sərt tədbirlər görülə bilərmi? Piyadalar bu bəladan necə xilas ola bilər?
Nəqliyyat eksperti Elməddin Muradlı əvvəl qanunsuz parklanmalarla bağlı mübarizə metodunun olmadığını qeyd edib.
O deyib ki, əvvəl “parkovşiklərə” qanunsuz küçə ticarətinə görə sadəcə, 80 manat cərimə yazırdılar:
“Bu, qanunsuz küçə ticarəti deyildi əslində. Bunun adı konkret olaraq parklanma yeri yaratmaq, qanunsuz fəaliyyətlə məşğul olmaq və sairdir. Ondan sonra İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi. Artıq “parkovşiklər” qanunsuz parklanma təşkil etdikləri üçün 100-200 manat cərimə, hüquqi və vəzifəli şəxslər isə hətta inzibati qaydada 15 gündən çox müddətə həbs olunmalıdırlar. Bu cür cəza mexanizmləri mövcuddur. Ola bilsin bunun tətbiqində problem var. Mənə elə gəlir ki, tətbiqi bir az mücərrət məsələdir. Düzdür, bəzi adamlara cərimə yazılıb, amma həbs məsələsini hələ eşitməmişəm”.
Ekspert doğrudan da qanunsuz parklanma yerlərinin təşkil edildiyini vurğulayıb:

Elməddin Muradlı
“Həmin qanunsuz parklanma ərazisinə hansısa bir işarə, nişan qoymurlar. Sadəcə, “parkovşik” əyninə gödəkçə geyinir və ya əlində bir çubuq orada gəzir, sürücülərə işarə ilə oranın parklanma yeri olduğunu bildirir. Buna görə də onlardan ödəniş istəyir. Bu işlərlə hələ də məşğul olanlar var. Hətta “AzParkinq”in ərazilərində saat 10-dan sonra ödəniş tələb olunmadığı hakda, bazar günləri parklanma pulsuz olduğu vaxtda yenə də həmin “parkovşiklər” sürücülərdən pul yığırlar. Ən pisi də odur ki, “parkovşiklər” sürücüləri səkidə maşın saxlamağa məcbur edirlər. Deyirlər ki, narahat olma, mənlikdir. Bunlar kimə, nəyə arxayındır, bunu necə edirlər, çox qəribədir”.
E.Muradlının fikrincə, aidiyyəti qurumlar ciddi tədbirlər görməlidir:
“Baxın, bu ərazinin yol polisi, sahə müvəkkili var. Onlar həmin ərazidə xidmət aparan zaman görmürlərmi ki, “parkovşiklər” nə hoqqadan çıxır, səkiləri necə zəbt edirlər? Mövcud problemlərlə də məşğul olmaq lazımdır. Hər halda daxili işlər orqanları bu məsələdə ciddi nizam-intizam tədbirlərinə əl ata bilər. Çünki polisin bir neçə xidmət növü var və xidmət növünün də böyük əksəriyyəti çöldə xidmət aparırlar. Əməliyyatçı, sahə müvəkkili, Post Patrul Xidməti, Çevik Polis Alayı və Yol Patrul Xidməti hamısı küçələrdədir. Bunlar onların gözü qarşısında baş verir. Onlar hansısa addımlar atmalı, mübarizə tədbirləri görməlidirlər”.(global.info)
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
Qadın sürücü motosikletin yolunu kəsib qəza şəraiti yaratdı - VİDEO
Toy kortejində qayda pozan sürücü motosikleti vurdu - VİDEO
Növbəsini gözləyən avtomobillərin qarşısına keçən sürücüdən hörmətsizlik - VİDEO
Avtomobilin qarşısını kəsən sürücü qoşa xətdən dönüb qaydaları pozdu - VİDEO
Avtobus zolağı olmayan yolda sürücüyə cərimə yazıldı - VİDEO












