Piyada keçidindən qaçaraq keçən şəxsi yük maşını vurdu - VİDEO

“Piyada keçidi piyadaya yolu keçmək üçün üstünlük versə də, bu üstünlük təhlükəsizlik tədbirlərini aradan qaldırmır”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri öz sosial media hesabında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib. O qeyd edib ki, zolaqda yol verilməsi digər zolağın təhlükəsiz olduğu demək deyil.
Görüntülərdə əks olunan vəziyyət yol hərəkətində bir anlıq tələskənliyin nə qədər ciddi təhlükə yarada biləcəyini bir daha göstərir.
Piyada keçidində hərəkət edən şəxsə zolaqlardan birində avtomobil yol verir. Lakin piyada digər hərəkət zolağındakı vəziyyətə kifayət qədər diqqət yetirmədən, qaçaraq yolu keçməyə davam edir və həmin zolaqla hərəkət edən avtomobillə toqquşur.
Piyada keçidi piyadaya yolu keçmək üçün üstünlük versə də, bu üstünlük təhlükəsizlik tədbirlərini aradan qaldırmır. Yolun bir zolağında avtomobilin dayanması digər zolaqda hərəkətin də dayandığı anlamına gəlmir. Xüsusilə çoxzolaqlı yollarda piyadalar hər bir hərəkət zolağına daxil olmamışdan əvvəl yaxınlaşan nəqliyyat vasitələrinin sürətini və məsafəsini düzgün qiymətləndirməli, sürücünün onları gördüyünə əmin olmalı və yolu qaçaraq keçməkdən çəkinməlidirlər”.
Rövşən Tağıyev onu da vurğulayıb ki, bu cür vəziyyətlər sürücülər üçün də mühüm xəbərdarlıqdır.
“Piyada keçidinə yaxınlaşarkən qonşu zolaqdakı avtomobilin sürəti azaltması və ya dayanması təsadüfi hal kimi qəbul edilməməlidir. Həmin nəqliyyat vasitəsinin qarşısından görünməyən piyada çıxa biləcəyi ehtimalı hər zaman nəzərə alınmalı, sürət buna uyğun seçilməlidir.
Yol hərəkətində üstünlük hüququ təhlükəni avtomatik aradan qaldırmır. İstər sürücü, istərsə də piyada üçün əsas məqsəd kimin haqlı olduğunu sübut etmək deyil, təhlükəli vəziyyətin ümumiyyətlə yaranmasına imkan verməməkdir.
Bir neçə saniyə gözləmək, ətrafa bir daha baxmaq və qarşı tərəfin sizi gördüyünə əmin olmaq bəzən ağır nəticələrin qarşısını ala bilər”.
Səfər
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO












