Polisdən qaçmağa cəhd edən sürücü belə saxlanıldı - VİDEO - YENİLƏNİB

Bakıda yol polisinin qanuni "saxla" əmrinə tabe olmayan sürücünü iki Dövlət Yol Polisi və bir Post Patrul Xidməti avtomobilinin vasitəsilə saxlamaq mümkün olub.
Hadisə paytaxtın Azərbaycan prospektində qeydə alınıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, BMW markalı, 10-RE-031 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Səxavət Talıbova yol hərəkəti qaydasını pozduğu üçün BDYPİ əməkdaşları tərəfindən saxla işarəsi verilib:
"Sürücü əmrə məhəl qoymayaraq hərəkəti davam etdirib. Yolda avtoxuliqanlıq hərəkətləri edib. Nəqliyyat vasitəsi saxlanılarkən məlum olub ki, sürücü sərxoş vəziyyətdə olub. Barəsində protokol tərtib olunub və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək".
***
Bakıda sürücü polis əməkdaşlarından qaçmağa cəhd edib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, yol polisi həmin avtomobilin qarşısını kəsərək saxlayıb.
Əlavə məlumat veriləcək.
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












