“Prius” sürücüsü maşını avtobus zolağında atıb getdi - VİDEO

Bakıda yol hərəkəti qaydalarını kobudcasına pozan sürücü inzibati məsuliyyətə cəlb edilib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində - metronun “20 Yanvar” stansiyası ilə 3-cü mikrorayon dairəsini birləşdirən yolda qeydə alınıb. “Toyota Prius” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini avtobus zolağında park edərək uzaqlaşıb. O, həmin vaxt maşını dövlət qeydiyyat nömrəsi ərazidəki kameralar tərəfindən görüntülənə bilməsin deyə çəpəki formada saxlayıb. Sürücü bu yolla özünü məsuliyyətdən kənar saxlamaq istəyib. Lakin avtobusda olan vətəndaşlardan biri həmin hadisəni çəkərək ictimailəşdirib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən hadisə ilə bağlı araşdırma aparılıb. Sürücü müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb.
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO












