Prospektdə sıxlıqdan yayınmaq istəyən sürücü qəza şəraiti yaratdı - VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində təhlükəli manevr edən sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 25-də saat 08:37 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, 77-MP-890 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü yolda yaranan sıxlıq səbəbindən qəfil sağ zolağa keçir. Bu zaman o, həmin zolaqda hərəkətdə olan avtomobilə qəza şəraiti yaradır.
Görüntülərdən də aydın görünür ki, digər sürücünün vaxtında reaksiya verməsi mümkün toqquşmanın qarşısını alıb.
Qeyd edək ki, sıxlıq zamanı zolaqlar arasında qəfil manevrlər ən çox rast gəlinən qəza səbəblərindən biridir. Qanunvericiliyə əsasən, sürücü zolaq dəyişməzdən əvvəl digər hərəkət iştirakçılarına təhlükə yaratmadığına əmin olmalı və manevri əvvəlcədən işıq siqnalları ilə bildirməlidir.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












