Qarşıdan gələn maşına yol verməyən sürücü qəza şəraiti yaratdı - VİDEO

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 90-XE-235 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü yolayrıcının keçilməsi qaydasını kobud şəkildə pozub. O, sola dönən zaman qarşıdan gələn "Mercedes Vito" markalı avtomobilin önünə çıxaraq ona qəza şəraiti yaradıb. Təhlükə ilə üzləşən sürücü sərt tormoz verərək qəzadan son anda yayınıb.
"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, sola dönən sürücü qarşıdan düzünə və sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.
Bu qayda pozuntusunu törədən sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.
Fərid
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












