Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO

Paytaxtın Binəqədi şosesində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 3-də saat 13:46 radələrində qeydə alınıb.
Belə ki, yolun kənarından hərəkətə başlayan 77-LY-552 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü əsas yola çıxıb. Bu zaman o, yaxınlaşan nəqliyyat vasitəsinə yol verməyərək qəza şəraiti yaradıb.
Görüntüləri qeydə alan sürücü toqquşmanın qarşısını almaq üçün son anda sola manevr edib. Bununla kifayətlənməyən sürücü təhlükə yaratdığı avtomobilə siqnal da verib.
Xatırladaq ki, sürücü dayanacaqdan və ya yolun kənarından hərəkət hissəsinə çıxarkən digər hərəkət iştirakçılarına maneə və təhlükə yaratmamalı, yol şəraitini nəzərə alaraq manevri təhlükəsiz şəkildə həyata keçirməlidir.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












