Qırmızıda keçən skuter sürücüsü maşına çırpılmaqdan son anda xilas oldu - VİDEO

Paytaxtın Azərbaycan prospektində qayda pozan skuter sürücüsü təhlükəli vəziyyət yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 18-də saat 12:07 radələrində qeydə alınıb. Görüntülərdən görünür ki, “Wolt” çatdırılma şirkətinin kuryeri idarə etdiyi skuterlə işıqforun qadağanedici işığında hərəkətini davam etdirərək nizamlanan yolayrıcına daxil olur. Bu zaman icazəverici işıq siqnalı ilə hərəkət edən minik avtomobili ilə toqquşma təhlükəsi yaranır.
Avtomobil sürücüsü vaxtında əyləcə basdığı üçün qəzanın qarşısı son anda alınır.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən, nizamlanan yolayrıcında hərəkət iştirakçıları işıqforun və ya nizamlayıcının göstərişlərinə əməl etməyə borcludurlar. Qadağanedici işıq siqnalında yolayrıcına daxil olmaq yol vermək vəzifəsini aradan qaldırmır və üstün hərəkət hüququna malik nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmaqla yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.
Nərmin
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












