Qonşusunun 40 min manat pulunu oğurladı, özünə "Mercedes" aldı - FOTO

Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin əvvəlində rayonun Vəlvələ kənd ərazisində yerləşən evlərin birindən 18 000 manat və 790 000 rus rublu (təxminən 19 355 manat) oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalarla onun həmin kənd sakini Elşad Əhmədəliyev olduğu müəyyən edilib.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, E.Əhmədəliyev əvvəlcədən qonşusuna məxsus evə qanunsuz daxil olaraq oradan oğurluq törətməyi planlaşdırıb. Yanvar ayının 1-də gecə saatlarında ev sahibinin evdə olmadığından istifadə edən E.Əhmədəliyev bu planını reallaşdıraraq, zərərçəkmişə məxsus evə qanunsuz daxil olub, evin ikinci mərtəbəsində yerləşən otağın qapısını qırmaqla oradan külli miqdarda pulu oğurlayıb.
Oğurladığı pulun bir qismi ilə özünə "Mercedes Benz" markalı avtomobil alan Elşad Əhmədəliyev, bir qismini isə restoran və əyləncə mərkəzlərində xərclədiyini bildirib. Pulun xeyli miqdarı isə saxlanılan zaman həmin şəxsdən maddi sübut kimi götürülüb. Bundan əlavə onun idarə etdiyi avtomobildən oğurluq hadisəsi zamanı istifadə etdiyi bir ədəd qara rəngli maska, bir çüt əlcək, bir ədəd vint açan və yastıdodaq aləti (kəlbətin), həmçinin bir ədəd soyuq silah olan beş barmaq aşkarlanaraq götürülüb.
Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir. Maddi sübut kimi götürülən pulun xeyli miqdarı istintaq hərəkətləri tamamlandıqdan sonra zərərçəkmişə qaytarılması təmin ediləcək.



Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












